19 oktyabr 2024 10:14
171

Zəngilan şəhəri Günü dövlətçiliyin günüdür

Ötən əsrin əvvəllərində Rus imperiyası dünyanın siyasi xəritəsini müəyyən qədər dəyişə bil­mişdi. Ondan sonra yeni ərazi bölgüsü aparılmışdı – Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmişdi, Zəngilan da bu qu­ber­ni­ya­nın tabeçiliyinə keçirildi. 1920-ci ilin 28 aprel ilhaqında Zəngəzur qəzası Ermənistana bir­ləşdirildi. Bu siyasi böl­güyə əsasən Zəngilan da Laçın kimi, Qubadlı ki­mi Azərbaycanın tər­ki­bində qaldı. Bu faktlar Zəngilanın ötən əsrlər tarixidi. XX əsrin son­la­rında bu tarixə işğal da əlavə olundu. 67 gün mühasirədə qalan Zən­gi­lan əhalisi Araz çayını keçənə kimi döyüşdü.  1993-cü ilin okt­yabr ayının 29-da işğal olundu.

Zəngilanın işğalından sonra Arazın o tayında nələr qaldı? – 1 şəhər, 4 qəsəbə, 65 kənd, onlarla ta­rixi abi­­də, türbələr, e.ə. IV-II əsrlərə aid küp qəbirlər, orta əsrlərə aid Qız qalası, orta əsrlərə aid Qəsr qalası, ... Ermənilik bunları dağıtdı. Bu vəhşiliyi nə azərbaycançılıq bağışlayacaq, nə də tarix...

İşğal dövründə (1988-1993) Zəngilanda 235 nəfər şəhid oldu, itkin düşdü.

Zəngilan haqqında neçə-neçə kitab yazıldı, sənədli film çəkildi. Bunlar Zəngilana sev­gi­nin ifadəsi ki­mi tarixləşdi...

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində düşmənin müdafiə sədlərini dağıdaraq dö­yü­şə-döyüşə irəlilədi, mühüm mövqe qələbələri qazandı, oktyabrın 18-də başlayan əmə­liy­yatla Zəngilanı iş­ğal­dan azad etdi. Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şə­ri­fan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini bildirdi. Bu döyüşlərlə Zən­gilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. 20 oktyabr Zən­gilanın işğaldan qurtuluş  tarixi oldu...

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi,

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. Azər­bay­can Respub­li­ka­sının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə bö­yük quruculuq işləri başladı.

Quruculuq işləri Zəngilandan başladı. Ağalı kəndinin xarabalıqlarında 200 evdən iba­rət ən mü­asir kənd salındı, dünya bu kəndi “Ağıllı kənd” formatında gördü, tanıdı, sevdi. 2022-ci ilin may ayında doğma tor­pa­ğın­dan, isti bucağından, məhrəm göyündən 29 il aralı düşən sakinlərin bir qrupu Ağalıya qayıtdı. Daimi yaşamağa!  175 ailə, 871 nəfər!

Zəngilanla Naxçıvanı 40 kilometrlik ərazi ayırır, bu, Zəngəzur dəhlizidir. Dəhliz açıla­caq, Nax­­çı­van Mux­tar Respublikası uzun illərin blokadsından qurtaracaq, Zəngəzur yenidən azər­bay­can­çılığın nəfəsi ilə isinəcək.

Zəngilanda həyata keçirilən əsas layihələrdən birini Heydər Əliyev Fondu icra edir. Zəngilan şəhər məscidi bilavasitə Fond tərəfindən bərpa olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan sonra Zəngilana 12 səfəri olub. Bu sə­­fər­lər də, 2020-ci il dekabrın 23-də Zəngilanda Azər­bay­canın Dövlət bay­­rağını dal­ğalan­dı­rıl­ması da Vətən mü­ha­ri­bəsində qazanılmış tarixi Zəfərə, döyüşlərdə şə­hid olanların ruhuna ehtiramın təzahürü kimi tarixləşdi. Səfərlər zamanı Zəngilanda Beynəl­xalq Hava Lima­nı­­nın, Zəngilan şəhərində yaşayış binalarının, Mincivan qəsəbəsinin təməli qoyuldu, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elek­trik Stansiyasının açılışı oldu, …

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub. Bu gün Zəngilanın dü­nən­lərinə ehtiramın,bu günlərinə sevginin, sabahlarına inamın günüdür...

Zəngilan Şəhəri Günü  dövlətçiliyin günüdür...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı