19 oktyabr 2024 16:05
117

Azərbaycan və Qırğızıstan müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Qırğızıstanın Bakıdakı səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında müdafiə sənayesi sahəsində mövcud qarşılıqlı əlaqələri və bu istiqamətdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, sentyabr ayında Bakıda keçirilmiş "ADEX-2024" Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı fikir mübadiləsi aparılıb.