19 oktyabr 2024 17:57
118

Kranla işləyərkən yıxılıb öldü

Bərdədə 40 yaşlı kişi ehtiyatsızlıqdan həyatını itirib.

“İki sahil” xəbər verir ki, rayonun İmirli kənd sakini, 1984-cü il təvəllüdlü Kamran Məmmədov təsərrüfatda qaldırıcı kranla işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.