19 oktyabr 2024 23:40
93

Kubada elektrik enerjisi böhranı davam edir

Kubada əsas istilik elektrik stansiyasının (İES) fəaliyyətinin dayanmasından sonra yaranan enerji böhranı hələ də aradan qaldırılmayıb.

“İki sahil” “Figaro”ya istinadla xəbər verir ki, cümə günü ölkə üzrə elektrik təchizatı dayandıqdan sonra təmir qrupları fasiləsiz işləyib. Bununla belə, bir sutkadan artıqdır “Azadlıq adası”nda elektrik təchizatını bərpa etmək mümkün olmur. 2 milyondan çox sakini olan paytaxt Havanada yalnız generatoru olan otellər, xəstəxanalar və bir neçə fərdi ev elektrikdən istifadə edə bilir.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiya avadanlıqları üçün ehtiyat hissələri almağa imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Mart ayından etibarən ölkədən elektrik kəsilmələri daha müntəzəm xarakter alıb.