20 oktyabr 2024 01:50
80

Şəmkirdə birmərtəbəli evdə yanğın olub

Şəmkir rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, rayonun Qapanlı kəndində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.