Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.
Bu barədə “İki sahil” SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadla xəbər verir.
Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” (Karbonun tutulması və istifadəsi/Karbonun tutulması, istifadəsi və saxlanması) və s. kimi imkanların tətbiqini nəzərdə tutur.
Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.
SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2, və digər "yaşıl enerji həlləri" ilə əvəz edəcək, həmçinin "yaşıl yanacaq" istehsalını artıracaq və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə çalışacaq. (Report)
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib
“Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın Baa3 investisiya oluna bilən kredit reytinqini yenidən təsdiqləyib