22 oktyabr 2024 18:55
138

"Azəriqaz” İB-də "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib - FOTO

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyində "Narkomaniyaya yox deyək!" adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, "Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi Birlik əməkdaşlarının narkomaniya və psixotrop maddələrlə mübarizə mövzusunda maarifləndirilməsindən ibarət olub.

Çıxış edənlər - "Azəriqaz” İB Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və digərləri narkotik vasitələrin insan sağlamlığına və həyatına vurduğu ziyandan, narkomaniya ilə mübarizədən söz açıblar. Məlumat üçün bildirək ki, sözügedən deviz altında görüşlər yalnız Birliyin İdarəetmə aparatında deyil, silsilə şəkildə Regional qaz istismarı İdarələrində də təşkil olunur.