Qubadlı Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər vermişdir. Biz fəxr edirik ki, Qubadlıda Qaçaq Nəbidən, Əliyar Əliyevdən başlanan qəhrəmanlıq yolu bu gün Şükür Həmidov və digərləri tərəfindən davam etdirilir. Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz Qubadlı rayonunun yetirməsidir. Qubadlının işğaldan azad edilməsi böyük Qələbənin növbəti carçısı, şanlı Ordumuzun Laçın dəhlizinə gedən yolunun açılması idi ki, bu da düşmənin döyüş bölgəsinə gələn bütün yollarının bağlanması demək idi. Elə düşmən də bütün bunları görərək kapitulyasiya aktını imzalamağa məcbur olmuşdu. Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı ciddi və davamlı işlər aparılır.
Qubadlı yenidən və müasir stildə qurulur. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınmaqla həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, işğaldan azad olunan digər ərazilər kimi Qubadlı da yeni dövründə öz sakinlərini qəbul edəcək. Qubadlı da digər regionlarımız kimi inkişaf edəcək və ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

Mətanət Səfərli,
YAP Nəsimi rayon təşkilatının əməkdaşı
Forum ölkəmizin xarici sərmayə üçün açıq, əlverişli və dayanıqlı iqtisadi mühitini, eləcə də etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi
Azərbaycanın yeni iqtisadi inkişaf xəritəsi: investisiya, enerji və innovasiya
Kamaləddin Qafarov: Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə münasibətləri diqqətəlayiqdir
İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır