24 oktyabr 2024 13:43
108

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı qardaş Türkiyə xalqına başsağlığı verib

Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbərini böyük kədər hissi ilə qarşıladıq.

Bu qəddar cinayətin arxasında dayanan və onu törədənləri şiddətlə qınayır, terroru lənətləyir, həlak olanların ailələrinə, yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik.

Gündən-günə güclənən, beynəlxalq aləmdə söz və nüfuz sahibi olan Türkiyə dövlətinə qarşı yönələn bütün xain planlar və təxribat cəhdləri iflasa məhkumdur. Biz hər zaman dost və qardaş Türkiyənin yanında olduğumuzu qətiyyətlə bildiririk.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı