24 oktyabr 2024 15:23
121

BANM rektoru Elmar Qasımov “TEKNOFEST-2024”ün qalibləri ilə görüşüb - FOTO

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin ən böyük aviasiya, astronavtika və texnologiya festivalı olan “TEKNOFEST-2024”də qalib gələn Ali Məktəbin komandaları ilə görüşüb.

“İki sahil” xəbər verir ki, rektor I yer mükafatına layiq görülən “BHOSWARE” və II yer mükafatına layiq görülən “Dərbəndqala - BHOS” komandalarının üzvlərini ürəkdən təbrik edib. Qürur hissi keçirdiyini bildirib, eləcə də öz tövsiyyələrini verib. Komandaların əldə etdiyi uğurların daha geniş imkanlar yaradacağına inandığını vurğulayıb.

Sonra tələbələr qalibiyyət sevincini rektorla bölüşüblər, mükafatları isə rektora təqdim ediblər.

Adana şəhərində Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırıldıqlarını vurğulayan tələbələr, yarış zamanı baş verən proseslər barədə də rektoru məlumatlandırıblar.

Sonda birgə xatirə şəkli çəkdirilib.