25 oktyabr 2024 00:47
79

Süni intellekt təhlükəlidirmi?

Rusiyalı akademik deyir ki, bəli…

Gələcəkdə süni intellektin inkişafı mümkündür, lakin nəticələrin gözlənilməzliyi səbəbindən bu edilməməlidir. Bu fikri Lomonosov adına Moskva Dövlət Universitetinin Qabaqcıl Beyin Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Konstantin Anoxin deyib.

Alimin sözlərinə görə, süni intellekti idrak akkresiya alqoritmi - yəni insan beyninin xüsusiyyətlərini təkrarlayan hesablama metodundan istifadə etməklə əldə etmək olar.

"Bunu əldə etməliyikmi? Xeyr. Bunun nəyə səbəb ola biləcəyini bilmirik", - “RİA Novosti” akademikə istinadən açıqlayıb.

Anoxinin fikrincə, tədqiqatçıların idrak baxımından şüursuz olaraq süni intellekt sistemlərinin təkamülünə diqqət yetirməsi daha yaxşıdır. Akademik əlavə edib ki, əlavə olaraq, süni intellekt texnologiyalarını inkişaf etdirərkən gedişata məsuliyyətlə yanaşmaq lazımdı.

Nubar Süleymanova, “İki sahil”