25 oktyabr 2024 13:03
106

Azərbaycan Ordusunda payız-qış mövsümündə istismar rejiminə keçidlə bağlı tədbirlər davam etdirilir- VİDEO

Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçirilməsi üzrə kompleks tədbirlər davam etdirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kompleks tədbirlər zamanı döyüş və xüsusi texnikanın yanacaq-sürtgü materialları payız-qış mövsümünə uyğun dəyişdirilir, elektrik və hidravlik sistemlərin istismara yararlılığı yoxlanılır, eləcə də texnikaların üzərində və bölmələrdə olan silahlara və döyüş sursatlarına mövsümi xidmət göstərilir.