02 noyabr 2024 00:42
376

Keçmişin hələ də açılmamış sirləri - FOTOLAR

Bəşəriyyət tarixində çoxlu müəmmalı hadisələr baş verib. Bu yazıda siz tarixdə baş verən sirli hadisələri və elm adamlarının hələ də izah edə bilmədiyi gizli tərəflərini kəşf edəcəksiniz.

1930-cu ildə Kanadada bütün İnuit yaşayış məntəqəsi izsiz yoxa çıxdı

Kanadada xəz tacirləri və ovçular tərəfindən tanınan kiçik bir İnuit kəndi var idi. Onlar tez-tez bu kəndə səfərlər edir və kəndlilərin qonaqpərvərliyindən həzz alırdılar. 1930-cu ilin noyabrında ovçu Co Labelle balıqçılar kəndinə baş çəkən, bir nəfər də olsun görmədi. Əvəzində tərk edilmiş yaşayış evləri və qarmaqlı ölü, arıq itlərlə qarşılaşdı.

Təəccüblüdü ki, evlərdə hər şey yerində idi. Alimlər hələ də Kanadanın şimalındakı Angikuni gölünün sahilində yerləşən bütöv bir İnuit kəndinin yoxa çıxmasını izah edə bilmirlər. Təxminən 3 min əhali və məzarlardakı mərhum insanların qalıqlarını belə özləri ilə apararaq yoxa çıxmışdı. Axtarışlar aparılsa da, nə meyit, nə də insanlar tapılmayıb.

Markiz Dayın 2000 illik mumiyası

Xin Zhui Çindəki Han sülaləsi dövründə Çanşa əyalətinin imperator canişini Markiz Dayın yoldaşı idi. Onun məzarı ölümündən 2000 il sonra, yüzlərlə qiymətli artefakt və sənədlərlə birlikdə tapıldı. Ancaq daha təəccüblüsü bədənin nə qədər yaxşı vəziyyətdə qalması idi. Onun orqanları və damarları bütöv qalmışdı, saçları və kirpikləri var idi. Alimlər hətta onun mədəsində qovun toxumu aşkar ediblər. Bədən sirli bir maye ilə isladılmışdı və yəqin ki, bu, onun qorunmasına kömək etmişdi. Elm adamları bu maddənin nə olduğunu hələ də müəyyən edə bilməyiblər.

Təsadüfən aşkar edilən 100 illik Traub motosikleti

Traub dünyanın ən nadir və sirli motosikletidir. 1967-ci ildə Çikaqoda bir evin zirzəmisinin divarında aşkar edilmiş. 100 illik motosikletin kərpic divara necə bərkidildiyini heç kim izah edə bilməyib. Üzərindən 1918-ci il qeydiyyat şəhadətnaməsi tapılan motosikletdə heç bir köhnəlmə əlaməti yox idi və mühərrik pas əlamətləri olmadan demək olar tam yeni görünürdü.

Kleopatra və Mark Antoninin məzarları hələ də tapılmayıb

Elm adamları hələ də bəşəriyyətin ən ikonik qadınlarından birinin harada dəfn olunduğunu dəqiq bilmirlər. Kleopatranın Oktavianın əmr verdiyi kimi sevgilisi Mark Antoninin yanında rahatlıq tapdığı güman edilir. 2022-ci ildə arxeoloqlar Taposiris Magna məbədinin altında yüz metrdən çox dərinlikdə uzunluğu bir kilometr yarımdır, tavanı iki metr hündürlükdə yerləşən Sent-Dominq Universitetindən (Haiti) Katlin Martinez və digər bir sıra arxeoloqlar hesab edirlər ki, axtarılan məzar məbəd kompleksinin altındakı açıq tunelin sonunda yerləşə bilər.

Sirli gil disk

Faistos diski 1908-ci ildə Yunanıstanda kəşf edilmiş sirli gil lövhədir. Burada mənası hələ də tam başa düşülməmiş qəribə simvollar təsvir edilmişdir. Disk eramızdan əvvəl 1700-cü ilə və Minoan sivilizasiyası dövrünə aiddir. 2024-cü ildə Krit Texniki Universitetindən doktor Qaret Ovens elan edib ki, Oksford Universitetinin professoru Con Koulmanın köməyi ilə diskdəki simvolların 99%-ni deşifrə etməyə nail olub. Onlar inanırlar ki, simvollar hamilə ilahənin hekayəsindən bəhs edir, qədim dini mətnləri ortaya qoyur. Lakin bir çox elm adamı bu kəşfə şübhə ilə yanaşır.

Coyita gəmisindən insanların yoxa çıxması

1955-ci ildə sakit okeanda kəşf edilən "Coyita" gəmisi göyərtəsində ekipaj, sərnişinlər və hətta yüklər izsiz yoxa çıxmışdı. 3 oktyabr 1955-ci ildə səhər tezdən “Coyita” Samoa limanından Tokelauya doğru yola düşmüşdü. Lakin 16 ekipaj üzvü və on sərnişini olan gəmi təyin olunmuş vaxtda Tokelauya çatmadı. Beş həftə sonra tapılan “Coyita”nın göyərtəsində nə insanlar, nə yüklər, nə də xilasedici jiletlər var idi. Lakin sirri hələ də açılmayıb.

Sirli ada

Ouk adası Nova Skotiyada yerləşir və arxeoloqlar orada heç kimin kəşf edə bilməyəcəyi xəzinələrin gizlədildiyinə inanırlar. Adanın əslində nəyi gizlətdiyi ilə bağlı Müqəddəs Qraaldan tutmuş pirat xəzinələrinə qədər müxtəlif versiyalar var. Təkcə 20-ci əsrdə adaya yeddi ekspedisiya təşkil edilib, lakin nəticə sıfır olub.

Adada hər cür avadanlıqdan istifadə olunurdu: güclü qazma və super güclü nasoslar, həssas mina detektorları və buldozerlərin bütün bölmələri və s. Ancaq hamısı boş yerə idi. Ouk adasının xəzinəsinə çatmaq üçün edilən bütün cəhdlər eyni şəkildə başa çatırdı. Fəhlələr şaxtalar qazdı, onları su basdı. Bəndlər tikdilər, axınlar işi məhv etdi. Yeraltı tunellər qazdılar, hamısı çökdü. Dünyanın hər yerindən elm adamları yalnız bir sual verirlər: Niyə naməlum inşaatçılar Ouk adasına bu qədər maraq göstərirlər? Görünür, yeraltı xəzinə qiymətsizdir, çünki hətta okeanın qüvvələri belə onun üzərində keşik çəkməyə qalxıb.

Nubar Süleymanova, “İki sahil”