03 noyabr 2024 14:19
143

60 min avroluq it yuvası

Məşhur fransız brendi “Louis Vuitton” 60 min avroya (təxminən 111 min manat) it yuvası satışa çıxarıb.

“İki sahil” xəbər verir ki, brendin yaradıcı direktoru, müğənni Farrell Uilliams it üçün ev yaratmaq qərarına gəlib.

İnək dərisindən hazırlanan yuvanın çıxarıla bilən qapısı və alt lyuku var.

Evin hündürlüyü 83, eni 86, uzunluğu isə 65 santimetrdir.