04 noyabr 2024 21:29
109

"İphone" almaq üçün anasının maşınını satdı - FOTO

Konyada 16 yaşlı gənc iki mobil telefon müqabilində anasının avtomobilini satıb.

“İki sahil” xəbər verir ki, Konyada bir gənc avtomobilini sataraq 2 ədəd mobil telefon alıb. Öncə anası ilə məsləhətləşən oğlan onunla qərar verdikdən sonra bu üsula əl atıb.

Telefon satışı ilə məşğul olan Özgür Sarnıçın iş yerinə gedərək, bəyəndiyi, ümumi dəyəri 225 min lirə olan 2 ədəd son model cib telefonunu almaq istədiyini bildirib.

Hasırcı Sarnıçla razılaşıb ki, o, telefonu anasının qeydiyyatda olan avtomobilini verərək ala bilər. Və oğlan bu arzusunu gerçəkləşdirib. Onun bu addımı Türkiyə mediasının diqqətini çəkib.