05 noyabr 2024 17:59
72

"Tottenhem" qərarını verdi

"Tottenhem" cinah oyunçusu Son Hın-Minin gələcəyi ilə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. London klubu 32 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq.  

"Tottenhem" rəhbərliyi cənubi koreyalı hücumçudan razıdır. Bildirili ki, yaxın vaxtlarda "Tottenhem" bu barədə rəsmi açıqlama yayacaq.

Qeyd edək ki, Son 2015-ci ilin yayından "Tottenhem"də oynayır. Bu müddət ərzində o, 416 oyun keçirib, 165 qol vurub və 86 məhsuldar ötürmə edib.