06 noyabr 2024 11:17
60

Evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Bu barədə “İki sahil"ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu ərazisində 6 evdən ümumilikdə 4300 manat nağd pul, 11000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlaması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin birinci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş A.İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Məlumata görə, faktla bağlı araşdırma aparılır.