Amerikalı milyarder və ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Trampın tərəfdarı İlon Mask administrasiyada vəzifə alacağı təqdirdə ölkə hökumətinin səmərəliliyini artırmaqdan şad olacağını bildirib.
“İki sahil” “Komersant”a istinadla xəbər verir ki, o, ABŞ-da daim yeni dövlət qurumları peyda olur və bu, vətəndaşların çiyninə düşür.
“Hökumətin daha səmərəli olmasına kömək etməkdən məmnun olaram, buna çox ehtiyac duyulur. Bizim nəhəng hökumət bürokratiyamız və həddindən artıq tənzimləməmiz var”, – deyə, Elon Mask jurnalist Taker Karlsonla söhbətində deyib.
Noyabrın əvvəlində İlon Mask bildirib ki, prezident seçkilərində qalib gəlsə, Donald Tramp ona administrasiyada nüfuzlu mövqe verə bilər. “Reuters” yazıb ki, Tramp Maskı müşavir vəzifəsinə təyin edə bilər.