07 noyabr 2024 02:27
134

Bədəndə kalsium çatışmasa...

Kalsium ən vacib makronutrientlərdən biridir və onun çatışmazlığı kifayət qədər geniş simptomlara səbəb ola bilər. Həkimlər “Ən vacibi haqqında” verilişinin yeni buraxılışında çatışmazlıqları necə müəyyən etmək barədə danışıblar.

Qan testinin kalsium çatışmazlığını təyin edəcəyinə inanmaq səhvdir. Qanda sərbəst və ümumi kalsium göstəriciləri həmişə osteoporoz riski haqqında məlumat vermir. Həkim Tatyana Şapovalenko belə deyib.

"Kalsium sümüklərdən yuyulduğu üçün göstərici normal və ya hətta bir qədər yüksək ola bilər. Lakin əslində, bədən kəskin kalsium çatışmazlığını və ən əsası, kalsiumun sümüklər tərəfindən udulmamasının kəskin çatışmazlığını yaşayır" ,-deyə o, izah edib.

Terapevt Elvira Fesenkonun sözlərinə görə, ultrasəs və ya rentgen şüalarının təsirinə əsaslanan densitometriya üsulu sümük mineral sıxlığının azalmasını vaxtında aşkar etməyə kömək edir. Bu üsuldan osteoporozun diaqnozu üçün istifadə olunur.

Bədəndə kalsium çatışmazlığının əlamətlərinə həmçinin dərinin, saçın və dırnaqların vəziyyətinin pisləşməsi, əzələ ağrıları, spazmlar və sancılar, xroniki yorğunluq, bel-sakral və döş fəqərələrində ağrılar, yerişin pozulması daxildir.

Nubar Süleymanova, “İki sahil”