07 noyabr 2024 00:46
133

Hindistan yerüstü stansiya vasitəsilə Ay və Marsı tədqiq edəcək?..

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı ölkənin dərin kosmik tədqiqat texnologiyalarını sınaqdan keçirmək üçün ilk yerüstü analoq baza stansiyası olan “Moon-Mars”ı işə saldığını bildirib.

“Stansiya, idarə olunan planetlərarası kosmik gəmilərin uçuşlarını dəstəkləmək üçün planetlərarası mühitdə insanların həyat şəraitini simulyasiya edəcək”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, stansiya ekspedisiya iştirakçıları üçün kosmosda gəzintilər üçün prototip zona hazırlayıb, həmçinin ekstremal mühitlərdə insanların özünü təmin etməsi üçün bütün şəraiti təmin edib.

Pilotlu Kosmik Uçuş Mərkəzi və tərəfdaşları Leh şəhəri yaxınlığındakı səhra dağlıq ərazidə analoq stansiya qurublar. Alimlərin fikrincə, bu ərazidəki mənzərə və temperatur dalğalanmaları kosmonavtların kosmik missiyalar zamanı məruz qalacaqları mühiti simulyasiya etmək üçün əladır.

Nubar Süleymanova, “İki sahil”