06 noyabr 2024 21:30
92

"Beşiktaş"dan qələbə

Türkiyənin "Beşiktaş" klubu UEFA Avropa Liqasında qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi İsveçin "Malmö" kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

"Ağ-qaralar"ın heyətində 76-cı dəqiqədə Ernest Muci, 9 dəqiqə sonra isə Semih Kılıçsoy fərqlənib.

"Malmö"nün yeganə qoluna isə 90+5-ci dəqiqədə Soren Rieks imza atıb.

Qeyd edək ki, IV turun digər görüşləri noyabrın 7-də gerçəkləşəcək.