2024-cü ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 153 807 nəfər və ya 3,09% artıb.
Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, beləliklə, 2024-cü ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 138 308 nəfər təşkil edib.