Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.
“İki sahil” xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib.
Gündəlikdə Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” və bir sıra qanunlarda dəyişiklik edilməsi, həmçinin birinci oxunuşda Miqrasiya Məcəlləsinə və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik edilməsi məsələləri yer alıb.
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA