07 noyabr 2024 19:30
87

Dünyəvi problemlər ancaq bəşəri münasibətlərlə həll edilə bilər

Dövlətlərarası münasibətlərin yaxşılaşmasında, inkişaf etdirilməsində digər beynəlxalq təd­bir­lər kimi Zirvə görüşlərinin də böyük əhəmiyyəti olur. Belə görüşlərdə müzakirə olunan məsə­lə­lər daha qlobal, daha həssas, daha dünyəvi problemləri əhatələyən vacib məsələlər kimi diqqəti çəkir. Noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zir­və görüşündə müzakirə edilənlər də bu baxımdan dünyəvi mahiyyətli məsələlər oldu.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı müxtəlif ça­lar­ları ilə iştirakçıların marağına səbəb oldu. 

Naxçıvan Sazişinin Türk Dövlətləri Təşkilatının əsasını qoyduğunu xatırladan dövlət baş­çı­mız çıxışında qeyd etdi ki, Naxçıvan sazişinin 15-ci ildönümüdür, təşkilatımız bu dövr ər­zində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qey­ri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləş­mə­sində vəsilə oldu. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səy­lə­rini bundan sonra da davam etdirəcəkdir.

Təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın böyük əhəmiyyət daşı­dığını bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Hazırda dünyada ar­tan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaş­lı­ğı­mız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanla­rı­mız ara­sında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidi”.

Ötən ilin sentyabr ayında Azərbaycanın öz suverenliyini tam bərpa etdyini, işğaldan azad olu­nan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirildiyini, həmin ərazilərə Böyük Qayıdışın başladığını da xatırladan dövlət başçımız Azərbaycanda dün­yə­vi bir tədbirin – COP29 tədbirinin keçiriləcəyini diqqətə çatdıraraq dedi: “Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir. Keçən ilin dekab­rın­da 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür. Əminəm ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı mahiyyəti baxımından dünyəvi problemlərin ancaq bəşəri münasibətlərlə həll edilməsinin mümkünlüyünün siyasi tezis­lə­ri kimi dinlənildi.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı