Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Culfa şəhərinin giriş hissəsində Şəhidlər bağı salınıb.
“İki sahil” xəbər verir ki, yeni salınan bağda rayonumuzdan olan 53 şəhidin xatirəsinə 53 ədəd çinar ağacı əkilib. Həmçinin əkilən ağacların yanında şəhidlərimizin məlumatlarını özündə əks etdirən QR kodlar yerləşdirilib.
Tədbirdə əlavə olaraq 200-dən artıq meşə ağacı da əkilib.