İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında çatdırıb.
Nazir bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində əldə edilən Qələbə xalqımızın birliyini və möhkəm iradəsini, dövlətimizin qüdrətini təcəssüm etdirir.
“Vətən müharibəsində əldə etdiyimiz Qələbənin rəmzi olan Zəfər Günü münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Vətənimiz Azərbaycana əmin-amanlıq, tərəqqi və firavanlıq diləyirik”, deyə M. Cabbarov təbrikində bildirib.
Vətən müharibəsində əldə etdiyimiz Qələbənin rəmzi olan #ZəfərGünü münasibətilə təbriklərimizi və xoş arzularımızı çatdırırıq!
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 8, 2024
Müzəffər Ali Baş Komandan İlham Əliyevin (@azpresident) rəhbərliyi ilə Şanlı Ordumuzun qətiyyətli mübarizəsi nəticəsində əldə edilən Qələbə xalqımızın… pic.twitter.com/eWROHrNmOr
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA