Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Azərbaycanı Zəfərin dördüncü ildönümü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, ŞKTC diplomatiyasının rəhbərinin sosial şəbəkələrdə paylaşdığı təbrikində Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsi yüksək qiymətləndirilir.
Ərtoğruloğlu Vətənin müdafiəsi uğrunda canlarından keçmiş Azərbaycan şəhidlərinin xatirəsini ehtiramla yad edib, 44 günlük müharibənin qazilərinə minnətdarlığını bildirib.
ŞKTC xarici işlər nazirinin paylaşımı “Qarabağ Azərbaycandır!” sözləri ilə başa çatır.
İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir - MEDİA
İran Kəşfiyyat Nazirliyinin AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi təəccüb doğurur - MEDİA