08 noyabr 2024 22:17
84

Ceyhun Bayramov: Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz qardaşım, təşəkkür edirəm!

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun!"