Misli Premyer Liqasının 13-cü turu çərçivəsində "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışda yeganə qolu qarşılaşmanın 87-ci dəqiqəsində Ülvi İsgəndərov vurub.
Qələbə sayəsində xallarının sayını 30-a çatdıran “Araz-Naxçıvan” müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsinə yüksəlib.
Misli Premyer Liqası,
13-cü tur
10 noyabr
16:00. “Araz-Naxçıvan” 1–0 “Sumqayıt”.
Qol: Ülvi İsgəndərov, 87
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev
"Liv Bona Dea Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”