14 noyabr 2024 00:53
118

Pakistanda çirklənmiş hava təhlükəyə çevrilib

Pakistanın Pəncab əyalətində havanın çirklənməsinin yaratdığı tənəffüs xəstəlikləri ilə əlaqədar hər gün təxminən 70 min insanın xəstəxanalara müraciət edir. Pakistan hökumətinin məlumatına görə, xəstəxanalardakı çarpayıların sayı artırılıb, müalicə üçün səyyar klinikalar yaradılıb.

“İki sahil” Pakistan mətbuatına istinadla xəbər verir ki, Pəncab əyaləti oktyabr ayından bəri davam edən rekord çirklənmə dalğasının təsiri altındadır.

Pakistanın Ətraf Mühitin Mühafizəsi Departamentinin məlumatına görə, əyalətin hava çirkliliyindən əziyyət çəkən iki şəhəri - Lahor və Multan hava keyfiyyəti indeksinin təxminən 400 dəyəri ilə bu gün dünyanın ən çirkli iki şəhəri olaraq qalır.

Qeyd edək ki, hava keyfiyyəti indeksinin 300-dən yuxarı olması sağlamlığa zərərli hesab olunur.

Mütəxəssislər havanın çirklənməsinə çoxlu sayda nəqliyyat vasitələrinin, tikinti və sənaye işlərinin, həmçinin küləşlərin yandırılmasının səbəb olduğunu bildiriblər.

Səhiyyə Nazirliyinin rəsmisi Aun Abbas, ötən həftədən bəri Pəncab ətrafında 200-dən çox mobil klinikanın müalicə xərclərini ödəyə bilməyənlərə və xəstəxanalara gedə bilməyən qocalara xidmət etdiyini söyləyib.

Abbas bildirib ki, səyyar klinikalar əsas laboratoriya müayinələri aparmaq üçün təchiz olunub və lazım gəldikdə oradakı həkimlər dərman yaza bilərlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”