15 noyabr 2024 14:28
87

Bu ilin yanvar-oktyabr ayları ərzində Naxçıvana geri qayıdan şəxslərin sayı açıqlanıb

Naxçıvana Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin təqdim etdiyi siyahılara əsasən cari ilin yanvar-oktyabr ayları ərzində muxtar respublikaya geri qayıdan şəxslərin sayı, ümumilikdə, 312 nəfər olub. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki,  geri qayıdanların 182 nəfərini kişilər, 130 nəfərini isə qadınlar təşkil edib. Həmin şəxslərdən 47-si Naxçıvan şəhərində, 109-u Şərur, 22-si Babək, 3-ü Ordubad, 39-u Culfa, 2-si Kəngərli, 23-ü Şahbuz və 67-si Sədərək rayonlarında qeydə alınıb. 

Muxtar respublikaya 214 nəfərdən ibarət 70 ailə, o cümlədən Naxçıvan şəhərində 31 nəfərdən ibarət 10, Şərur rayonunda 91 nəfərdən ibarət 28, Babək rayonunda 15 nəfərdən ibarət 5, Ordubad rayonunda 3 nəfərdən ibarət 1, Culfa rayonunda 27 nəfərdən ibarət 8, Şahbuz rayonunda 15 nəfərdən ibarət 6 və Sədərək rayonunda isə 32 nəfərdən ibarət 12 ailə geri qayıdıb. Bundan əlavə, 98 nəfər tək olaraq muxtar respublikaya geri qayıdan vətəndaşlardır.

Qeyd edək ki, muxtar respublikaya qayıdanlardan 174-ü Türkiyədən, 10-u Rusiyadan, 2-si Qazaxıstandan, 1-i Amerika Birləşmiş Ştatlarından, 1-i Almaniyadan, 1-i Ukraynadan, 123-ü isə Bakı şəhərindən, Abşeron, Ağcabədi və İsmayıllı rayonlarından olub.