17 noyabr 2024 22:44
99

Bayden Ukraynaya ATACMS-la Rusiya ərazisini vurmağa icazə verdi - NYT

Səlahiyyət müddətinin bitməsinə iki ay qalmış ABŞ prezidenti Co Bayden ilk dəfə Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Qeyd edilib ki, rəsmilərin fikrincə, ilkin olaraq silahlar, böyük ehtimalla Kursk vilayətinin Silahlı Qüvvələrinin müdafiəsi üçün istifadə olunacaq.

NYT yazır ki, Baydenin qərarı ABŞ siyasətində böyük dəyişiklikdir.

Rəsmilər bildiriblər ki, Ukraynanın Ordu Taktik Raket Sistemləri (ATACMS) kimi tanınan uzaqmənzilli raketlərdən istifadə etmək icazəsi Rusiyanın Şimali Koreya qüvvələrini döyüşə cəlb etmək barədə sürpriz qərarına cavab olaraq alınıb.

Rəsmilər sözlərinə görə, ukraynalılar ilk növbədə raketləri Kurskda Ukrayna qüvvələrini təhdid edən Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə etsələr də, Bayden onlara bu silahları başqa yerlərdə istifadə etməyə icazə verə bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”