Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Ərdoğanı Galeao Hava Limanında Türkiyənin Braziliyadakı səfiri Halil İbrahim Akça və Braziliya Xarici İşlər Nazirliyinin protokol rəsmiləri qarşılayıblar.
Qeyd edilib ki, Ərdoğanı Braziliyaya səfəri zamanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək müşayiət edir.
Məhərrəm Ağalaroğlu, “İki sahil”