Azad edilmiş ərazilərdə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob Şuşada təşkil edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “İki sahil”ə verilən məlumata görə, tədbirdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə “Şuşa” sözünü “canlandırıblar”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" Proqramı intensiv qaydada icra edilir.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
Sumqayıtda şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələr üçün göz müayinəsi təşkil edilib
Qvineyada "ASAN xidmət" modelinin tətbiqi ilə bağlı əməkdaşlığa dair Saziş" təsdiqlənib