19 noyabr 2024 16:42
116

5 saatdan az yatırsınızsa, DİQQƏTLİ OLUN!

Sağlam yaşamaq üçün düzgün qidalanma ilə yanaşı düzənli yuxu da böyük əhəmiyyət kəsb edir. Tədqiqatlar göstərir ki, yetərsiz yuxu ilə demens riski arasında birbaşa əlaqə var.

Xatırladaq ki, demensiya unutqanlığın ön planda olduğu bir çox xəstəliyə verilən ümumi bir addır. Xüsusilə yaşlı insanlar arasında tez-tez rast gəlinən demensiya müxtəlif xəstəliklər səbəbindən meydana gələ bilər. Bu vəziyyət özündə yaddaş, düşüncə və sosial bacarıqlara təsir edən bir qrup simptom təsvir edir. Demensiya tək bir xəstəlik demək deyil. Əksinə onun bir çox növü var. Ən çox rast gəlinən Alzheimer demensiyasıdır.

Yeni bir araşdırma nəticəsində bəlli olub ki, gündə 8 saatdan az yatma ciddi sağlamlıq problemlərinə səbəb olur. Kolumbiya Universitetinin araşdırmasına görə ABŞ-da 65 yaşdan yuxarı hər on insandan biri demensiya ilə mübarizə aparır.

Harvard Tibb Məktəbində aparılan araşdırmalar göstərir ki, yetərsiz yuxu demens riskini artırır. Gün ərzində ən az 6-8 saat yatanlara nisbətən 5 saatdan az yatanlarda demens riski ikiqat artır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) böyüklərə hər gün ən azı 7 saat yatmağı tövsiyə edib. Eyni zamanda, qeyd edib ki, normal yuxu rejiminə əməl etmək yaşlandıqca sağlamlığı qorumaq üçün çox vacib faktordur.

Vüsal Cahanov, “İki sahil”