20 noyabr 2024 02:27
165

"Səssiz qatili" necə zərərsizləşdirmək olar?

Rus platformalarından birində "Ürəyin səsi" xüsusi layihəsində SM klinikasının kardioloqu, rusiyalı tibb elmləri namizədi İrina Polyaeva tromboz kimi məkrli xəstəlikdən danışıb. Həkim siqaret çəkənlərin və fastfud həvəskarlarının məruz qaldıqları təhlükəni, yaşlıların və hamilə qadınların nədən ehtiyat etməli olduqlarını izah edib, həmçinin "səssiz qatilin" digər sirlərini də açıqlayyıb.

Məlum olub ki, ən təhlükəlisi infarkt və insulta gətirib çıxaran arterial trombozdur. Xoşbəxtlikdən, sağlam qan damarları olan insanları təhdid etmir. Amma ümumilikdə risklər yüksəkdir. Həkim 10 əsas risk faktorunu qeyd edib:artıq çəki, siqaret, oral kontraseptivlərin istifadəsi, hormon əvəzedici terapiya, diabet, pis qidalanma, genetik amil, qocalıq, hamiləlik, ateroskleroz.

“Bu siyahıdakı əsas təhlükə aterosklerozdur. Birdən qopan qan laxtasının həyatınıza son qoymaması üçün nə edə bilərsiniz? Birincisi, artıq risk altında olsanız belə, qorxmayın: farmakologiya trombozun müalicəsində irəliyə doğru böyük addımlar atmışdır. Əsas odur ki, müalicə rejimini fərdi olaraq seçməlisiniz. Ancaq ilk növbədə aterosklerozun inkişafının qarşısını almaq daha yaxşıdır. Bunun üçün çox effektiv işləyən sadə və əlçatan tədbirlər var”, -deyə mütəxəssis bildirib.

Nubar Süleymanova, “İki sahil”