Las-Veqasda (ABŞ) 43 yaşlı Brandon Durham evində oğru ilə döyüşərkən 911-ə zəng edərək kömək istəyib.
“İki sahil” xəbər verir ki, durham polis tərəfindən vurularaq öldürülüb.
Durhamın ailəsi, xüsusilə də 15 yaşlı qızı polis məmuru Alexander Bookmanın işdən çıxarılmasını tələb edib.
Las-Veqas Böyükşəhər Polis İdarəsi noyabrın 12-də baş vermiş hadisə ilə bağlı 26 yaşlı polis məmurunun ödənişli inzibati məzuniyyətə çıxarıldığını və hadisə ilə bağlı daxili araşdırma aparıldığını açıqlayıb.
Las Veqas Polisi Mühafizə Assosiasiyasının vitse-prezidenti Devid Rocer deyib ki, Durhamın ölümü faciəli olsa da, zabit Bookman öz işini görürdü və cinayət törətmək niyyətində deyildi.
Bu hadisə bir neçə gün əvvəl İllinoys ştatında polis məmuru tərəfindən öldürülən Sonya Masseyin ölümündən sonra polis vəhşiliyini yenidən gündəmə gətirdi.
Məhərrəm Ağalaroğlu, “İki sahil”