Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.
“İki sahil” xəbər verir ki, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, bu il təkrar ali təhsilə qəbul olanların sayı ötən illə müqayisədə 48 faiz, son 5 illə müqayisədə isə 2,5 dəfə artaraq, 279 nəfər olub.
UNEC-də bu il qiyabi təhsil formasına təkrar ali təhsil üzrə qəbul olanların sayı Dövlət İmtahan Mərkəzinin xətti ilə qəbul olanların sayından yüksək olub. 19 ixtisas üzrə aparılan qəbulda tələbələrin 28 faizi “Dövlət və bələdiyyə idarəetməsi”, 16 faizi “Maliyyə”, 12 faizi “İqtisadiyyat, 6 faizi “Mühasibat”, 31,5 faizi isə digər ixtisasları seçib.
Təkrar ali təhsilə qəbul olanların arasında yerli universitetlərlə yanaşı, xarici universitetlərin də məzunları yer alıb.
UNEC-in Zaqatala filialında isə təkrar ali təhsilə 8 ixtisas üzrə 19 tələbə qəbul olub.