Bu gün İspaniyanın Barselona şəhərində bir neçə min nəfərin iştirakı ilə nümayiş keçirilib.
“İki sahil” Kazinform-a istinadla xəbər verir ki, aksiya iştirakçıları turistik meqapolisdə mənzil kirayəsinin qiymətini azaltmağa çağırırlar.
Yerli İcarəçilər İttifaqının təşkil etdiyi etiraz aksiyası bu gün Barselonanın Universitat meydanında Madrid vaxtı ilə saat 17:00 radələrində başlayıb. Paradda 4000-dən çox təşkilat, 60 komitə və 2000-dən çox insan iştirak edib.
Etirazçılar kirayə haqqının 50 faiz azaldılmasına əlavə olaraq, kirayəçilərin hüquqlarının qorunmasını və spekulyativ satınalmaların qarşısını almaq üçün müddəti açıq müqavilələrin təşviqini tələb edirlər.
Mitinqdən əvvəl çıxış edən İcarəçilər İttifaqının nümayəndəsi Karme Arkaraso bildirib: “Müxtəlif investorlar şəhərimizə gəlib “Monopoliya” oyunundakı kimi mənzillərlə oynamamalıdırlar”.
Barselona turistlər üçün dünyanın ən cəlbedici şəhərlərindən biridir. Ona görə də son 10 ildə şəhərdə kirayə mənzillərin qiyməti 68 faiz, satışda olan evlərin qiyməti isə 38 faiz artıb. Bununla bağlı yerli sakinlər narazıdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”