27 noyabr 2024 12:17
69

bp-nin vitse-prezidentləri BANM-da - FOTO

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Leyla Məmmədova Bakı Ali Neft Məktəbində (BANM) olublar.

“İki sahil” xəbər verir ki,  bp ilə əməkdaşlığın davamlı və məhsuldar olduğunu qeyd edən BANM-ın rektoru Elmar Qasımov tələbələrin sahə üzrə praktiki biliklər qazandığını və iş imkanlarının gənc mütəxəssislərin inkişafına töhfə verdiyini bildirib.

Sonra Bəxtiyar Aslanbəyli çıxış edərək, BANM ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb və ən nizam-intizamlı Ali Məktəb adlandırıb. Təkcə son ildə bp-nin BANM-ın 15 məzununu işə götürdüyünü, son 5 ildə isə 50-dən çox tələbənin istehsalat təcrübəsində olduğunu xatırladıb. Gələcəkdə bp-nin BANM ilə əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Öz növbəsində, Leyla Məmmədova da çıxışında Ali Məktəb ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. O, gələcəkdə kadr təminatını gücləndirmək məqsədilə birgə layihələrin davam etdiriləcəyini açıqlayıb. L.Məmmədova bu cür keyfiyyətli təhsil almış və təcrübə qazanmış peşəkarları öz sıralarında görməkdən məmnun olduqlarını bildirib.

Sonda Elmar Qasımov müəllifi olduğu “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” kitabını qonağa hədiyyə edib.