Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Quba rayonu, Alekseyevka kəndində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.
Spartan Aeronavtika və Texnologiya Kolleci və Azərbaycan Milli Aviasiya Akademiyası əməkdaşlıq haqqında Saziş imzalayıblar – Yenilənib
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub