2024-cü ilin yanvar-oktyabr ayları ərzində 89 809 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.
Bu barədə "İki sahil"ə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, müavinət ödənişləri 42 112 nəfər qız, 47 697 nəfər oğlan uşağına görə aparılıb.