Hazırda Türkiyənin “Mehmed: Fetihler Sultanı” serialında oynayan aktyor Serkan Çayoğlu Bakıya gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, aktrisa Özge Gürel öz instaqram hesabında məlumat yayıb.
O, əri ilə paytaxtımızda çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb.
Cütlük Heydər Əliyev Mərkəzini də ziyarət edib.
Qeyd edək ki, Özge Gürel Azərbaycan istehsalı olan “44” filminin baş qəhrəmanını canlandıracaq.