NASA-nın Yer Rəsədxanasının saytına istinadən yayılan məlumata görə, NASA tədqiqatçıları 50 ildən də çox əvvəl tərk edilmiş yeraltı hərbi baza aşkar ediblər.
Qrenlandiyanın buz təbəqəsinin qalınlığını tədqiq etməyə çalışan mütəxəssisləri daşıyan xüsusi radarlı təyyarə Pituffik kosmik bazasından 240 kilometr aralıda şimali Qrenlandiyanın qarla örtülü çöl əraziləri üzərində dövrə vurub. Bir anda komanda 30 metr dərinlikdə qar və buzun altında basdırılmış tunellər şəbəkəsini görüb.
Alimlərdən biri qeyd edir: "Əvvəlcə bunun nə olduğunu bilmirdik.
Sonradan məlum oldu ki, radar 1950-ci illərin sonunda gizli “Buz qurdu” layihəsi çərçivəsində inşasına başlanan ABŞ-ın Arktika hərbi bazası olan “Camp Century”nin (Əsrin düşərgəsi) qalıqlarını aşkar edib”
“Camp Century” nüvə reaktoru ilə işləyən yeraltı şəhər olmalı idi. Onun nüvə zərbəsinə tab gətirə bilməsi planlaşdırılırdı. Ancaq 1967-ci ildə layihə ləğv edildi və "Əsrin düşərgəsi" tamamilə buz altında qaldı.
Nubar Süleymanova, “İki sahil”