02 dekabr 2024 10:16
68

Ermənistanda zəlzələ olub

Seysmik Mühafizə Xidməti Ermənistan ərazisində 3,4 maqnitudada zəlzələ qeydə alıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.