02 dekabr 2024 12:27
70

Ceyhun Bayramovla Qvineya-Bisaunun XİN rəhbəri arasında geniş tərkibdə görüş keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranı Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüşü olub.

“İki sahil” xəbər verir ki, bu barədə XİN “X” platformasında məlumat yayılıb.

Qeyd edilib ki, xarici işlər nazirləri ikitərəfli və çoxtərəfli sahələrdə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin artırılması, əməkdaşlığın hüquqi bazasının inkişafı və iki ölkə arasında təcrübə mübadiləsinin aparılması məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmçinin həmkarını regionda münaqişə sonrası vəziyyət barədə məlumatlandırıb.