02 dekabr 2024 13:13
77

Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib - Ceyhun Bayramov

Azərbaycanla Qvineya-Bisau diplomatik münasibətlər 1992 ci ildən qurulub. Bu müddət ərzində ikitərəfli və beynəlxalq platformalarda yaxşı əməkdaşlığımız olub.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Pinto Pereya ilə birgə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər iki ölkə BMT və onun müxtəlif agentlikləri, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında təmsil olunur. Qvineya-Bisau Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə çoxsaylı təşəbbüslərinə dəstək verib. Bu, bizim əməkdaşlığımızı daha da genişləndirib.