Azərbaycan və Qvineya-Bisaunun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qvineya-Bisaunun xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira ilə birgə keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, hər iki bölgə barədə tərəflərin mütəmadi məlumatlandırılması üçün vacib addım idi.
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib
Rəşad Məmmədov Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılıb, Özbəkistana təyin olunub