Uzun illərdən bəri milyonlarla vəsait xərcləyərək Azərbaycana qarşı şər, böhtan şəbəkəsi quran erməni lobbisinin güclü təsiri altında olan mərkəzlər ayrı-ayrı Qərb ölkələrində müxtəlif bəhanələrlə sığınacaq tapan “sapı özümüzdən olan baltaları”- bu xəyanətkar, zombiləşmiş zümrəni qrantlarla, ianələrlə şirnikiləndirərək öz çirkin oyunlarına alət ediblər
Bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətimizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan “siyasi mühacir” kod adlı antimilli ünsürlər-Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Arif Şahmarlı, Arif Yunus kimi xəyanətkarlar erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşərək onların təlimat və tapşırıqlarını yerinə yetirirlər
Azərbaycanın müstəqil siyasət yetirməsini həzm edə bilməyən, onun beynəlxalq arenada nüfuzunun artmasını istəməyən bəzi Qərb ölkələrinin təhlükəsizlik orqanlarının göstərişlərini icra edən bu başıpozuq dəstənin üzvlərinin sosial şəbəkələrdəki fəaliyyətlərini erməni lobbisinə yaxınlığı ilə tanınan bəzi mərkəzlərlə uzlaşdırması son günlər açıq-aşkar özünü göstərir. Zombiləşmiş qaragüruhçu dəstənin üzvlərinin respublikamızın vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq çağırışlar etmələri bu marginalların simasızlığını tam çılpaqlığı ilə ortaya qoydu.
Çayxana psixologiyası, mağara təfəkkürü ilə yaşayan, ermənipərəst dairələrin nəzarətindəki beynəlxalq təşkilatların çirkli pulları ilə bəslənərək Azərbaycana qarşı “qara piar” kampaniyası aparan bu xəyanətkar avantüristlərin əsl simaları, çirkin niyyətləri ölkəmizin ictimaiyyətinə çoxdan bəllidir. Ona görə də mənəviyyatasız antimilli ünsürlərin xaricdəki ağalarından aldıqları tezislər əsasında ölkəmizin əleyhinə apardıqları şər, böhtan kampaniyası, uydurduqları yalanlar, əsassız iddialar, ictimai rəylə uğursuz manipulyasiya cəhdləri sabun köpüyü kimi anındaca dağılıb yox olur.
Təbii ki, bütün bunlar heç bir nəticə verməyəcək və verə də bilməz. Ancaq burada bir məsələni xüsusilə qeyd etmək istərdik. Belə ki, çağdaş dövrümüzdə siyasi proseslərin digər metodlarla yanaşı, informasiya müharibəsi adlandırılan “yumşaq güc” vasitəsilə yönləndirilməsinə diqqət yetirsək, bütün bunların sıradan bir məsələ olmadığını daha aydın görərik. Ona görə də hər birimiz bu reallıqları daha yaxşı anlamalı, ölkəmizə qarşı siyasi-ideoloji müstəvidə aparılan misli görünməmiş informasiya təxribatlarına, əsassız hücumlara yubanmadan cavab verməli, ardıcıl və məqsədli şəkildə aparılan qarayaxma kampaniyasını darmadağın etmək üçün bütün gücümüzü səfərbər etməliyik.
Hamımız yaxşı bilirik ki, uzun illərdən bəri milyonlarla vəsait xərcləyərək Azərbaycana qarşı şər, böhtan şəbəkəsi quran erməni lobbisinin güclü təsiri altında olan mərkəzlər ayrı-ayrı Qərb ölkələrində müxtəlif bəhanələrlə sığınacaq tapan “sapı özümüzdən olan baltaları”, bu xəyanətkar zümrəni qrantlarla, ianələrlə şirnikləndirərək öz çirkin oyunlarına alət ediblər. Bu savadsız, dardüşüncəli, zombiləşmiş məxluqlar da asanlıqla düşmənlərimizin toruna düşüblər.
Bütün bunların fonunda ermənipərəst dairələrin ölkəmizə qarşı apardıqları informasiya təxribatlarının, ideoloji terrorun qarşısının alınması, informasiya təhdidlərinin neytrallaşdırılması, eləcə də cəmiyyətin informasiya tələbatının dolğun şəkildə ödənilməsi istiqamətində var gücümüzlə çalışmalıyıq.
Unutmamalıyıq ki, hədəf Azərbaycandır-Vətənimizdir. Vətənimiz də anamızdır.
Zahid Rza, “İki sahil”