04 dekabr 2024 01:56
205

Nikol Paşinyan Qərbin çətiri altında

Ermənistan bir dövlət kimi özü-özünü idarə edə bilmir

Daim Rusiyanın kölgəsində yatan haylar bütün tapşırıqları oradan alaraq sadiq qul kimi icra ediblər. Həmişə Moskvadan idarə olunduqlarına görə müstəqillikdən sonra da saxta dövləti terror təşkilatına çevirməkdən o yana bir iş bacarmadılar. Lakin zamanın acı rüzgarı etibarsız vassalı ağasından ayırıb. Tarixdə bir çox rəzil sifətləri ilə tanınan və sərbəst yaşamağı bacarmayan hay tör-töküntüləri Qərbə üz tutmalı olublar. Onlar həmişəki kimi “isti ağuş” axtarır, ağası tərəfindən müdafiə olunmağı, əzizlənməyi, yağ yeyib yaxada gəzməyi arzulayırlar.

Qərbin Ermənistanda Nikol Paşinyan vasitəsi ilə əl-qol açması, öz planlarını yeritməsi açıq şəkil alır. “Müşahidəçi” adı altında təcrübəli hərbçilərin, diplomatların və casusların burada yerləşdirilməsi, məlumat toplayıb yeni “mərkəzə” ötürülməsi və lazımi tədbirlərin görülməsi və gözlənilən təhlükələrin üzüyola Paşinyandan uzaqlaşdırılması məqsədi güdür. Vəziyyət o yerə çatıb ki, yüksək postlara təyinatlar da kənardan verilir. Baş nazir isə həmin təyinatları canfəşanlıqla yerinə yetirməklə məşğuldur. Bu günlərdə Arpin Sarkisyan Qərbin tələbi ilə Ermənistan daxili işlər naziri təyin edilib.

 Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr yazır ki, təyinatdan dərhal sonra yeni nazirə Avropa İttifaqından (Aİ) dəstək gəlib: “Hökumətin “sorosçu” səhmdar və ya sponsorları gizlətmirlər ki, Sarkisyanın Daxili İşlər Nazirliyinə təyinatı onların dəstəyi ilə reallaşıb."

Daxili işlər naziri ilə Aİ-nin səfiri Vasilis Maraqos arasında bir neçə gün əvvəlki görüş barədə məlumatda deyilir: “Aİ nümayəndə heyətinin rəhbəri Arpin Sarkisyanı yüksək vəzifəyə təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayaraq Avropa İttifaqının davamlı və hərtərəfli dəstəyə hazır olduğunu vurğulayıb. Vasilis Maraqos yeni nazirə daha bir neçə ümidverici fikir də bildirib. Hətta hökumətin qanunvericiləri də bu qədər "isti"açıqlamadan təəccübləniblər”.

Nəşrin iddiasına görə, Qərb baş nazir Nikol Paşinyanı qorumaq üçün güc strukturlarını, o cümlədən Daxili İşlər Nazirliyini möhkəmləndirir və ya Rusiyaya bağlı fiqurlardan təmizləyir. Reallıqda da bu, belədir. Çünki maxinasiyalarda daha təcrübəli olan Qərb Ermənistanı özünə qırılmaz tellərlə bağlamaq üçün ilk növbədə onu Rusiyanın təsir və təzyiqlərindən qorumaq məqsədi ilə lazımi tədbirlər görməlidir. Əks halda inamı tamamilə itirər və on illərlə Cənubi Qafqazda möhkəmlənmək niyyətləri boşa çıxar. "Hraparak" yazır ki, “Ermənistanda polis yalnız Paşinyanı hakimiyyətdə saxlamaq və müxalifəti sıxışdırmaqda təkmilləşib. Hesab olunur ki, Qərb Ermənistan polisini məhz buna görə dəstəkləyir”. Aydındır ki, əgər müxalifətçilər hakimiyyətə aqressiya nümayiş etdirərsə heç şübhəsizdir ki, polis qüvvələri onları həbs etməkdən, hətta öldürməkdən belə çəkinməyəcək. O zaman hər yerdə “insan haqları” axtaran Qərb həmin cinayətləri  “görməyəcək” və qəzəblə hallandırmayacaq. Axı, Ermənistan nə Gürcüstan, nə də Azərbaycan deyil. Haylar boyunlarını xaltaya keçirmək üçün hazır dayanıblar. Görünür, oyuncaq Ermənistan rəhbərləri Ukraynanı aldadıb Rusiya ilə müharibəyə sürükləyənlərin indi tərəddüd içində qalmalarından özləri üçün nəticə çıxarmağı aıllarına gətirmirlər. Halbuki  10 milyon ukraynalı öz vətənindən didərgin düşərək Avropa ölkələrinə qaçıb.  Məlum olduğuna görə, hazırda Gürcüstandakı qarşıdurmanın müəllifi də həmin Qərbdir. Bu qarşıdurmada qardaşları məhz həmin Qərb üz-üzə qoyub. Hazırda onlar meydanlarda düşmən mövqelərdə bir-birlərinə qarşı əlbəyaxa vuruşmaqdadır. Nəticədə heç kəsin yox, məhz  gürcü xalqının qanı axır, iqtisadiyyatı zəifləyir, həyat iflic olur. Bu da Qərbin Gürcüstan “sevgisinin” acı sonluğu. Belə dəhşətli bir sonluq Ermənistanı da gözləyir. Bir vaxtlar Ukrayna və Gürcüstanı maliyyə yardımları ilə şirnikləndirən ABŞ və Avropa axırda onların arxasından qaçdı. Hər iki xalq ağır müsibətlərə düçar oldu. Əgər sülh olarsa Ukraynada müharibənin gətirdiyi dağıntıları on ilə də aradan qaldırmaq mümkün deyil. Sülhdən isə hələ heç bir xəbər yoxdur. Gürcüstanda isə dağıntılar az olsa da vətəndaş qarşıdurması xalq arasında parçalanmalara rəvac verib.

Təbii ki, qonşusunda baş verən qorxulu hadisələri görən Nikol Paşinyan və onun komandası“ gözləri çıxan qardaşlardan” tezliklə ibrət götürməlidir. Ən azı, yaxın qonşularla münasibətlərini normallaşdırmalı, təcili və vacib addımları atmalıdır. Yoxsa sonra gec olacaq.

Vəli İlyasov, "İki sahil"